FM radio
FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. FM radionun
düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya aksessuar qoşulmalıdır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Menyu > Medya > Radio seçin və ya gözləmə rejimində * sıxıb saxlayın.
Əgər siz artıq radio stansiyaları saxlamısız, radio stansiyaları dəyişdirmək üçün sola
yaxud sağa diyirləyin və ya istədiyiniz stansiyaya uyğun olan nömrə düymələrini basın.
Yaxında yerləşən stansiyanı axtarmaq üçün keçid düyməsini sola və ya sağa basıb
saxlayın.
Köklənən stansiyanı yaddaşda saxlamaq üçün Seçim > Stansiyanı saxla seçin.
Səs ucalığını nizamlamaq üçün yuxarı aşağı fırladın.
Radionun arxa planda çalışması üçün tamamlama düyməsini basın. Radionu
söndürmək üçün tamamlama düyməsini basıb saxlayın.